sorğu
Səbail Bələdiyyəsi Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 5 min manat maliyyə yardımı edib. Vəsait Türkiyə Daxili işlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.
Dövlətimizin və vətəndaşlarımızın dəstəyinə qoşularaq Səbail Bələdiyyəsi də bu çətin məqamda qardaş Türkiyəyə kömək göstərməyə çalışır.
Baş vermiş faciə nəticəsində Türkiyə xalqına başsağlığı verir, zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Səbail bələdiyyəsi